89
İsrail ordusunun xüsusi təyinatlı qüvvələri Livanın cənubundakı Bint-Cbeyl və Əl-Xiyam şəhərlərində əməliyyat keçirib.
Ucnoqta.az xəbər verir ki, “Al-Mayadeen”in məlumatına görə, əməliyyat zamanı 6 yaşayış binası partladılıb. İki bina Bint-Cbeyldə, dördü isə Əl-Xiyamda minalanaraq partladılıb.
Bundan başqa, Mədcal-Zun, Markaba və Hula yaşayış məntəqələrində də oxşar əməliyyatların keçirildiyi bildirilir.
“Asharq al-Awsat”ın məlumatına görə, İsrail buldozerləri Meys əl-Cəbəl şəhərinin kənarında yerləşən məktəb kompleksini də dağıdıb. Комплекс bir neçə prefabrik tikilidən ibarət olub.
