27
Polşa ABŞ-dan F-15EX qırıcıları almaq niyyətində deyil.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi “Defence24” portalına açıqlamasında bildirib.
Nazirlik qeyd edib ki, Polşanın Pentaqonun avqustun 24-də açıqladığı F-15 proqramı üzrə çərçivə müqaviləsində potensial alıcı kimi göstərilməsi Varşavanın bu təyyarələri almaq barədə qərar qəbul etdiyi və ya satınalma prosesinə başladığı anlamına gəlmir.
Polşa ABŞ Müdafiə Nazirliyinin Boeing şirkəti ilə F-15 qırıcılarının tədarükü və texniki xidməti ilə bağlı çərçivə müqaviləsinə dair açıqlamasında potensial alıcılar sırasında qeyd olunmuşdu.
