İtaliya və Fransa Ukraynaya dörd “Samp-T” hava hücumundan müdafiə sistemi göndərmək barədə razılığa gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.
Nəşrin məlumatına görə, İtaliyanın oktyabrda təsdiqlənməsi gözlənilən 13-cü hərbi yardım paketinə “Aster 30” raketləri, “Kronos” radarları və İtaliyada istehsal olunan “Samp-T” komponentləri də daxil ediləcək.
Yeni sistemlərin gələn ilin əvvəlinədək Ukraynaya çatdırılması planlaşdırılır. Hazırda Ukrayna Silahlı Qüvvələrinin iki “Samp-T” sistemi var. Lakin milli ehtiyatların tükənməsi səbəbindən bu sistemlər üçün raket tədarükü 2025-ci ilin yayından dayandırılıb.
“La Repubblica” yazır ki, layihənin ümumi dəyəri 3 milyard avro təşkil edəcək və maliyyələşdirmə Ukrayna üçün nəzərdə tutulan Avropa kredit fondundan ayrılacaq vəsait hesabına həyata keçiriləcək.
