26
Fransanın cənubundakı Od departamentinin Poma kommunası ərazisində baş verən burulğan nəticəsində 26 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə regional prefektura məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində 2 800 təsərrüfat elektrik enerjisiz qalıb, təxminən 100 evə ciddi ziyan dəyib. Xəsarət alanların vəziyyətinin orta ağır olduğu qeyd edilib.
Əraziyə 115 yanğınsöndürən və xilasedici göndərilib. Yollara aşan ağaclar səbəbindən nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Burulğanın regiondan keçən güclü tufan cəbhəsi fonunda meydana gəldiyi bildirilib.
