Dünya futbol ictimaiyyəti FIFA prezidenti Canni İnfantinoya futbola verdiyi töhfələrə görə minnətdar olmalıdır.
Ucnoqta.az xəbər verir ki, bu fikirləri Kamerun Futbol Federasiyasının prezidenti, futbolçu kimi üçqat Çempionlar Liqası qalibi olmuş Samuel Eto’O CNN-ə müsahibəsində səsləndirib.
“Düşünmürəm ki, prezident Canni İnfantino yanlış bir iş görüb. Məncə, bütün bunlar qarşıdan gələn seçkilərlə bağlıdır. O, əvvəllər belə imkanı olmayan ölkələrə dünyanın ən möhtəşəm turnirində – futbol üzrə dünya çempionatında iştirak etmək imkanı verdi. Kiçik ölkələrin bu yarışda yer almasına kömək etdi, qitəmizə və federasiyalarımıza daha sürətli inkişaf etmələri üçün dəstək göstərdi. Onun gördüyü bütün işlərə görə biz onu dəstəkləməliyik”, – Eto’O bildirib.
