30
ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Sakit okeanın şərq hissəsində narkotik daşınmasında istifadə olunduğu iddia edilən gəmiyə zərbə endirib.
Ucnoqta.az bildirir ki, komandanlığın məlumatına görə, gəmidə olan iki nəfər öldürülüb.
Bildirilib ki, kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığında fəal istifadə edildiyini göstərib. SOUTHCOM zərbə anını əks etdirən və gəminin alovlandığı videonu da yayıb.
