27
Venesuelanın neft limanlarında tankerlər yükləmə üçün 30 günədək gözləməli olur.
Ucnoqta.az bildirir ki, Reuters agentliyi sənədlərə və mənbələrə istinadən xəbər verir ki, buna köhnəlmiş infrastrukturun ixrac üçün artan yanacaq həcminin öhdəsindən gələ bilməməsi səbəb olub.
Məlumata görə, Venesuela neftinin alıcıları sonuncu dəfə ötən ilin sonlarında ABŞ-ın ölkəyə qarşı tətbiq etdiyi dəniz blokadası zamanı bu qədər uzun gecikmələrlə üzləşiblər.
Reuters qeyd edir ki, yükləmə prosesində yaranan gecikmələr Vaşinqtonun beynəlxalq ticarət şirkətləri ilə əsas saziş bağlandıqdan sonra Venesueladan karbohidrogen ixracını sürətlə artırmaq planlarına mane olur.
