65
Tesla Çində təxminən 3 milyon elektromobili təhlükəsizliklə bağlı potensial problem səbəbindən geri çağırır.
Ucnoqta.az bildirir ki, bu barədə şirkət Çinin Dövlət Bazar Tənzimləmə Administrasiyasına məlumat verib.
Geri çağırış Çində istehsal olunan Model 3, eləcə də xaricdən idxal edilən Model X və Model S avtomobillərinə aiddir.
Məlumata görə, avtomobillərin mexaniki qapı tutacaqlarının rəngi salonun rənginə yaxın olduğundan onları müəyyənləşdirmək və istifadə etmək çətinləşə bilər. Bu isə qəza zamanı qapıların tez açılmasına mane ola bilər.
Tesla problemi aradan qaldırmaq üçün qapı tutacaqlarına rəngli stikerlər yapışdırmağı və qəza zamanı şüşələrin endirilməsi sisteminin proqram təminatını yeniləməyi planlaşdırır.
