24
Moskvanın Taqanski Rayon Məhkəməsi TikTok platformasını qanunla qadağan olunan məzmunun silinməsi tələblərini yerinə yetirmədiyinə görə 3 milyon rubl məbləğində cərimələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Məhkəmə TikTok Pte. Ltd.-ni Rusiya İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsi üzrə təqsirli bilib. Şirkətin internetdə qanunvericiliyə əsasən silinməsi tələb olunan məlumatı və ya internet səhifəsini silmədiyi bildirilib.
Məhkəmənin qərarı ilə platformaya 3 milyon rubl inzibati cərimə təyin edilib.
