36
ABŞ Kanada mallarına 50% tarif tətbiqini üç gün müddətinə dayandırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb.
“Mən Kanadaya sabah səhər qüvvəyə minməsi planlaşdırılan 50% tarif tətbiqini üç gün müddətinə dayandırdım, çünki Kanada və ABŞ sənədlərin yekun təsdiqindən sonra razılığa gəliblər!” – deyə prezident qeyd edib.
O, əlavə edib ki, əvvəlki prezident Co Bayden administrasiyası tərəfindən bloklanmış Kanadanın Alberta əyalətindən Texasa uzanan Keystone XL neft kəməri layihəsi yenidən bərpa edilə bilər.
