39
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner HƏMAS-ın silahsızlaşdırılması prosesinin 30 gün ərzində başlaya biləcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Kuşnerin sözlərinə görə, proses çərçivəsində HƏMAS-ın silahlarının bir hissəsinin müsadirəsi də həyata keçirilə bilər.
O qeyd edib ki, növbəti 60–90 gün ərzində Qəzzadakı bəzi tunellərin ləğvinə başlanılması mümkündür. Kuşner bununla bağlı irəliləyişin yaxın zamanda əldə oluna biləcəyinə ümid etdiyini bildirib.
ABŞ rəsmisi İsrailin hər hansı birbaşa təhlükə yarandığı təqdirdə özünümüdafiə hüququnun məhdudlaşdırılmayacağını da vurğulayıb.
Kuşner qeyd edib ki, prosesin həyata keçirilməsi üçün tərəflərin əməkdaşlığı vacibdir.
