Bəzi dövrlərdə pul gündəlik xərclərə çatmır və insanlar qənaət etməyə məcbur qalırlar. Lakin astrologiyaya görə, avqustun 17-dən Buğa, Şir və Əqrəb bürcləri üçün maliyyə baxımından daha əlverişli dövr başlayacaq.
Ucnoqta.az xəbər verir ki, astroloq Yelena maksimovanın sözlərinə görə, bu bürclərin nümayəndələri gəlirlərini artırmaq, gözlənilməz təklif almaq və ya sabit qazanc gətirəcək işə başlamaq imkanı əldə edə bilərlər.
Buğa
Buğalar maliyyə vəziyyətlərində dəyişiklikləri ilk hiss edənlər arasında olacaq. Yeni iş təklifləri, əlavə qazanc imkanları, müştərilər və layihələr gəlir artımına səbəb ola bilər. Kiçik görünən bir fürsət gələcəkdə ciddi qazanc mənbəyinə çevrilə bilər.
Şir
Şirlər gördükləri işə görə daha çox qiymətləndirilə bilərlər. Vəzifə artımı, sərfəli sifariş, mükafat və ya əməyin daha yüksək ödənişi ilə bağlı təkliflər mümkündür. Təşəbbüskarlıq göstərmək və peşəkar məqsədlər barədə danışmaq üçün əlverişli dövr ola bilər.
Əqrəb
Əqrəblər gözləmədikləri mənbədən gəlir əldə edə bilərlər. Köhnə borcun qaytarılması, keçmiş tanışdan sərfəli təklif, yeni müştəri və ya əlavə qazanc imkanı mümkündür. İlk böyük gəliri tələsik xərcləməmək və vəsaiti düzgün idarə etmək tövsiyə olunur.
