30
Birləşmiş Ərəb Əmirliklərinin Dərman Vasitələri İdarəsi qeyri-seqmental vitiliqonun müalicəsi üçün tabletlərin istifadəsinə icazə verib. Bununla da BƏƏ bu dərmanın istifadəsini təsdiqləyən dünyada ilk ölkə olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Khaleej Times” qəzeti məlumat yayıb.
Məlumata görə, preparat 12 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub və müalicə zamanı gündə bir tablet qəbul etmək kifayətdir.
Vitiliqo dəridə rəngsiz ləkələrin yaranması ilə müşayiət olunan autoimmun xəstəlikdir. Xəstəlik zamanı melanin istehsal edən dəri hüceyrələri məhv olur və ya öz funksiyasını itirir.
