37
Rusiya 553 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb
Ucnoqta.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə ölkə ərazisi və Qara, Azov dənizləri üzərində 553 Ukrayna PUA-sını aşkarlayaraq məhv edib.
Bildirilib ki, PUA-lar avqustun 13-də saat 20:00-dan avqustun 14-də saat 08:00-dək Novqorod, Kursk, Bryansk, Belqorod, Kaluqa, Smolensk, Tver, Pskov, Oryol, Tula, Lipetsk, Kostroma, Ryazan, Rostov, Leninqrad vilayətləri, Moskva regionu, Krasnodar və Stavropol diyarları, Krım Respublikası, həmçinin Qara və Azov dənizləri üzərində vurulub.
