Bəzi qadınların insanların niyyətlərini onlar öz qərarlarını tam formalaşdırmamışdan əvvəl belə hiss etdiyi iddia olunur.
Ucnoqta.az-ın məlumatında görə, “Times of India” yazır ki, numeroloqlar bu xüsusiyyətin doğum tarixi və insanı idarə edən planetlə əlaqəli olduğunu düşünürlər.
2, 11, 20 və ya 29-da doğulanlar
Numeroloqların fikrincə, bu tarixlərdə doğulan qadınlarla Ay əlaqələndirilir. Ay intuisiya və həssaslığın simvolu hesab olunur. Bu qadınların ətrafdakı insanların emosiyalarını və əhvalını daha tez hiss etdiyi, həmsöhbətin niyyətlərini asanlıqla sezə bildiyi iddia edilir.
Numeroloqlar onların əsas çətinliyini həddindən artıq emosional olmaqda görürlər. Meditasiyanın daxili rahatlığı və emosional tarazlığı gücləndirə biləcəyini düşünürlər.
7, 16 və ya 25-də doğulanlar
Bu tarixlərdə doğulan qadınlar numerologiyada Ketu ilə əlaqələndirilir. Ketu mənəviyyat, müdriklik və daxili azadlığın simvolu kimi təqdim olunur.
İddialara görə, bu qadınların güclü intuisiyası və daxili hissiyyatı olur. Düzgün qərar vermək üçün bəzən məntiqi təhlildən çox daxili səslərinə güvəndikləri bildirilir. Numeroloqlar səhər meditasiyasının bu xüsusiyyətləri gücləndirə biləcəyini düşünürlər.
4, 13, 22 və ya 31-də doğulanlar
Bu tarixlərdə doğulan qadınlar isə numerologiyada Rahu ilə əlaqələndirilir. Rahu dəyişiklik, illüziya və karmik inkişafla əlaqələndirilən “kölgə planet” kimi təqdim olunur.
Numeroloqların fikrincə, bu qadınlar insanların davranışlarını diqqətlə müşahidə edir, sözlərlə əməllər arasındakı uyğunsuzluğu tez fərq edirlər. Hətta qarşılarındakı insanın növbəti addımını əvvəlcədən hiss etdikləri iddia olunur.
Qeyd edək ki, doğum tarixinin insanın intuisiyasını və ya xüsusi psixoloji qabiliyyətlərini müəyyən etdiyini təsdiqləyən elmi sübut yoxdur. Bu yanaşmalar numerologiya və astrologiyanın inanclarına əsaslanır.
