37
İspaniya Müdafiə Nazirliyi Mərakeşdən yeni miqrant axını təhlükəsi ilə əlaqədar Seuta muxtar şəhərində yerləşən hərbçilərin bütün məzuniyyətlərini ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cadena SER radiostansiyası məlumat yayıb.
Qərara əsasən, Seutada xidmət edən hərbçilərin məzuniyyət icazələri növbəti bildirişə qədər ləğv edilir. Yalnız əsaslandırılmış xüsusi hallara istisna kimi baxılacaq.
Məlumata görə, Seuta Baş Komandanlığı bütün hərbi heyətə şəhərin sərhədini keçməyə yönəlmiş yeni cəhdlərin qarşısını almağa hazır olmaq barədə göstəriş verib.
