29
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Ucnoqta.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu gün gecə saat 01 radələrində Mingəçevir şəhər sakini 1986-cı il təvəllüdlü Rəvan Elbrus oğlu Abdurahmanov Yeni Yasamalda kirayə yaşadığı evin eyvanından yıxılıb.
Məhəmməd Xiyabani küçəsi 33 ünvanındakı 18 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılan şəxs hadisə yerində ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
