33
“Ermənistan Elektrik Şəbəkələri” (ESA) şirkəti milliləşdirmə prosesi başa çatdıqdan sonra konsessiya idarəçiliyinə veriləcək.
Ucnoqta.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə hökumətin iclasında çıxışı zamanı danışıb.
“ESA ilə bağlı konseptual qərar qəbul etmişik. Şirkət dövlət mülkiyyətinə keçəcək və daha sonra lisenziyalı şirkətə idarəetmə üçün veriləcək. Bu məsələ aydındır”, – deyə Paşinyan bildirib.
Baş nazir hazırda milliləşdirmə prosesində olan digər obyektlərə də toxunaraq qeyd edib ki, istehsal müəssisələrinin dövlət mülkiyyətində saxlanılmasına ehtiyac görmür.
