İran və Oman nümayəndələri Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danışıqlar çərçivəsində gəmilərdən tranzit haqqının alınmasını müzakirə edirlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, tərəflər daşınan yükün bəyan edilmiş dəyərinin 3%-7%-i həcmində tranzit rüsumunun tətbiqini müzakirə edirlər. İran bu ödənişin 5-7% səviyyəsində müəyyənləşdirilməsində israr edir, Oman isə 3%-lik daha aşağı dərəcə təklif edir.
Reuters-in yazdığına görə, ABŞ Hörmüz boğazından keçidə görə İranın xeyrinə hər hansı xidmət haqqının tətbiqinə qəti şəkildə qarşı çıxır. Fars körfəzi ölkələri isə hesab edirlər ki, belə bir razılaşma əldə olunacağı təqdirdə, gəmi sahiblərinin edəcəyi ödənişlər yalnız könüllü xarakter daşımalıdır.
