121
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda baş verən döyüşlər zamanı daha iki hərbçisinin həlak olduğunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, 34 yaşlı mayor və həmin batalyonun 33 yaşlı baş serjantı Tamir Vaknin döyüş zamanı həlak olublar.
Bildirilib ki, eyni insident nəticəsində daha dörd İsrail hərbçisi ağır yaralanıb. Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
