32
İran hakimiyyəti ABŞ-ın ölkəyə hücum edəcəyi təqdirdə Fars körfəzi ölkələrinin ərazisində yerləşən enerji obyektlərinə cavab zərbələri endirəcəyi barədə xəbərdarlıq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fars körfəzi ölkələrindəki mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, İranın xəbərdarlığı birmənalı olub: “Əgər ABŞ İranın infrastrukturuna zərbə endirsə, Tehran Fars körfəzi ölkələrindəki enerji obyektlərini və regiondakı digər hədəfləri vuracaq.”
Agentlik qeyd edir ki, Tehran bu xəbərdarlıqla Vaşinqtonun müttəfiqlərinə təzyiq göstərərək ABŞ-ı İran üçün məqbul hesab olunan sülh razılaşmasına sövq etməyə çalışır.
