63
“Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) oyununun biletləri sabah saat 12:00-dan etibarən satışda olacaq.
Ucnoqta.az xəbər verir ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) qarşılaşmasının biletləri 6 avqust, saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlərin qiymətləri:
5, 10, 15 və 20 AZN
VIP sektorlar: 50, 75 və 100 AZN
VVIP sektorlar: 150 AZN
Qeyd: VVIP sektora bilet əldə etmiş azarkeşlərimiz üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.
Diqqət! Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.
