38
Lənkəran rayonunda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var.
Ucnoqta.az Report-a istinadən xəbər verir ki, hadisə Liman şəhərində baş verib.
Bakı istiqamətində hərəkət edən “Kia Ceed” və əks tərəfdən gələn “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Kia”da olan üç nəfər – Cəlilabad sakinləri Vüsal Seymur oğlu Şahbazov, Sadiq Əlizamin oğlu Heydərov və Adil Camal oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
