26
Qəhvə qiymətləri son 6 ayın maksimumuna yüksəldi
Ucnoqta.az xəbər verir ki, birja ticarətində dünya bazarında qəhvənin qiyməti son altı ayın ən yüksək səviyyəsinə çatıb.
Belə ki, robusta qəhvəsinin qiyməti son bir ayda təxminən 10% artaraq kiloqramı 4,07 dollara yüksəlib.
Arabika qəhvəsinin qiyməti isə 16,5% bahalaşaraq kiloqramı 7,91 dollara çatıb.
