68
Dünya Bankı Ukraynaya Kanada hökumətinin zəmanəti ilə 841 milyon ABŞ dolları həcmində vəsait ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretskiy məlumat yayıb.
Onun sözlərinə görə, son maliyyələşmə ilə Dünya Bankının Qərb ölkələrinin zəmanətləri əsasında Ukraynaya ayırdığı vəsaitlərin ümumi həcmi 54,3 milyard dollara çatıb.
Vəsaitin ayrılması ilə bağlı razılaşmaların Ukrayna Prezidenti Volodimir Zelenskinin sentyabrın əvvəlində Kanadaya səfəri zamanı əldə edildiyi bildirilib.
