25
ABŞ-ın “Chevron” şirkəti 2026-cı ilin sonunadək Yunanıstanın dəniz akvatoriyalarında karbohidrogen yataqlarının axtarışı məqsədilə seysmik tədqiqatlara başlayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, araşdırmalar İon dənizində, həmçinin Peloponnes yarımadasının və Krit adasının cənubunda aparılacaq.
Məlumata görə, Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavru ABŞ-da Chevron şirkətinin Yunanıstandakı nümayəndəliyinin rəhbəri Beatris Byenvenu ilə görüşüb. Görüş zamanı seysmik tədqiqatların 2026-cı ilin sonunadək başlanması ilə bağlı qrafik təsdiqlənib.
Tərəflər geoloji kəşfiyyat sahəsində əməkdaşlığın növbəti mərhələlərini də müzakirə ediblər.
