31
Çin hökuməti ABŞ-ın “məcburi əmək” ittihamı ilə tətbiq etdiyi sanksiyalara cavab olaraq altı Amerika təşkilatına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, sanksiyalar Applied DNA Sciences, Stratum Reservoir, Altana Technologies, Responsible Business Alliance, Verité Group və Human Rights in China təşkilatlarını əhatə edir.
Qeyd olunub ki, qərar Çinin xarici sanksiyalara qarşı fəaliyyət göstərən milli koordinasiya mexanizminin təsdiqi ilə qəbul edilib.
