29
Meksikanın Sinaloa ştatında sosial media fenomeni Sezar Qastelum dostları ilə birlikdə TikTok üzərindən canlı yayım etdiyi vaxt silahlı hücuma məruz qalaraq həyatını itirib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, hadisə Kuliakan şəhərində baş verib. Motosikletlə hadisə yerinə gələn iki silahlı şəxs Qasteluma atəş açıb. O, aldığı güllə yarası nəticəsində hadisə yerində ölüb.
Yerli təhlükəsizlik orqanları hadisə ilə bağlı genişmiqyaslı əməliyyata başladıqlarını açıqlayıblar.
Qeyd edək ki, ötən ilin may ayında Meksikada digər sosial media fenomeni Valeria Márquez də işlədiyi gözəllik salonunda TikTok üzərindən canlı yayım zamanı silahlı hücum nəticəsində öldürülmüşdü.
