Neymar karyerasını başa vurmağı hələlik planlaşdırmadığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, braziliyalı futbolçunun sözlərini Globo portalı yayıb.
İyul ayında Braziliya millisindəki çıxışını başa vurduğunu elan edən Neymar hazırda yetirməsi olduğu Santos FC klubunda çıxış edir. O, 2025-ci ildən yenidən “Santos”un formasını geyinir.
“Nə vaxt karyeramı bitirəcəyimi planlaşdırmıram, amma nə qədər oynayacağımı da bilmirəm. “Santos”la müqaviləm dekabr ayına qədərdir. Müqaviləmin şərtlərini yerinə yetirmək, klubu layiqincə təmsil etmək istəyirəm. Daha sonra “Santos”da qalacağımı, ayrılacağımı, yoxsa karyeramı davam etdirəcəyimi qərarlaşdıracağam”, – deyə Neymar bildirib.
34 yaşlı hücumçu Braziliya millisinin tarixində ən çox qol vuran futbolçudur və 2015-ci ildə UEFA Çempionlar Liqasının qalibi olub.
