İtaliyanın keçmiş baş naziri Cüzeppe Konte hökumətin miqrasiya böhranı səbəbindən İspaniya ilə Şengen sazişinin tətbiqini müvəqqəti dayandırmaq qərarını sərt tənqid edib.
Ucnoqta.az xəbər verir ki, siyasətçi bu barədə La Repubblica qəzetinə açıqlamasında danışıb.
Konte bildirib ki, 2022-ci ildən bu günə qədər İtaliyaya İspaniyadan daha çox miqrant gəlib və eyni məntiqlə digər Avropa ölkələri də İtaliya ilə sərhədlərini bağlaya bilərdi.
“Əslində İtaliya yalnız təbliğat məqsədilə İspaniyaya sillə vurdu. Bu miqrantlar İtaliyaya necə gələ bilər? Seuta Afrikada yerləşir, onlar hələ İspaniya ərazisinə belə daxil olmayıblar”, – deyə sabiq baş nazir vurğulayıb.
O, hesab edir ki, hökumətin qərarı real təhlükəsizlik zərurətindən deyil, siyasi və təbliğat məqsədlərindən irəli gəlib.
