İran ABŞ Prezidenti Donald Trampın Tehran və Vaşinqton arasında danışıqlar aparıldığına dair açıqlamalarını təkzib edib.
Ucnoqta.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda İranla ABŞ arasında heç bir birbaşa danışıqlar aparılmır.
“Bu anda ABŞ ilə heç bir danışıqlarımız yoxdur. Hazırda yalnız Omanla Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına yönəlmiş marşrut üzrə razılaşmanın əldə edilməsi məqsədilə danışıqlar aparılır”, – deyə Bəqai vurğulayıb.
İran rəsmisi qeyd edib ki, Tehran yalnız Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi ilə bağlı Oman vasitəsilə müzakirələr aparır və ABŞ-la danışıqlar barədə səsləndirilən iddialar həqiqəti əks etdirmir.
