ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Co Uilson Türkiyənin F-35 qırıcılarının istehsalı proqramına qaytarılmasını və Ankaraya qarşı CAATSA çərçivəsində tətbiq edilən sanksiyaların ləğvini dəstəklədiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, konqresmen bu barədə Anadolu agentliyinə müsahibəsində danışıb.
Türkiyənin daha əvvəl aldığı F-35 təyyarələrinin Ankaraya təhvil verilməsini və ölkənin istehsal proqramına yenidən qoşulmasını dəstəkləyib-dəstəkləmədiyi barədə suala Uilson bildirib ki, ABŞ və Türkiyə arasında yaranmış fikir ayrılıqlarının həll olunacağına ümid edir:
“Bəli, bunu dəstəkləyirəm və mövcud məsələlərin həllinə ümid edirəm. Türkiyə Amerikanın böyük müttəfiqidir, Amerika da Türkiyənin müttəfiqidir və biz qarşılıqlı fayda əldə etmək istəyirik”.
Uilson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın Rusiyanın S-400 sistemləri və F-35 proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində səylərinə ümidlə yanaşdığını bildirib.
