29
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Ucnoqta.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
14:04
Binəqədəi rayonunda güclü yanğın başlayıb.
Ucnoqta.az xəbər verir ki, rayonun Cəfərxəndan küçəsində yerləşən obyektlərdən birində yanğın başlayıb.
Ətrafa qara tüstü yayılıb.
