214
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından İran tərəfinin razılığı olmadan keçməyə cəhd göstərən iki tankeri atəşə tutduğunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bəyanatda bildirilir ki, tankerlər razılaşdırılmamış marşrutla ABŞ ordusunun hava dəstəyi altında boğazdan keçməyə cəhd edib və İranın xəbərdarlıqlarına məhəl qoymayıb.
SEPAH-ın məlumatına görə, nəticədə hər iki tanker dayandırılıb, daha dörd tanker isə marşrutunu dəyişərək geri çəkilib.
Hadisə ilə bağlı digər tərəflərin mövqeyi hələ açıqlanmayıb.
