29
Portuqaliyanın şimalında baş verən meşə yanğınını söndürmək üçün təxminən 800 nəfər çalışır.
Ucnoqta.az xəbər verir ki, “Público” qəzetinin məlumatına görə, yanğın 28 iyulda Vila Real rayonunun Valpaços şəhəri yaxınlığında başlayıb və daha sonra qonşu Braqansa rayonuna yayılıb. Bildirilir ki, yanğının perimetrinin təxminən 80%-i hazırda nəzarət altındadır.
Yanğın artıq 20-dən çox evə ziyan vurub. Üç yanğınsöndürən də daxil olmaqla, ən azı beş nəfər yaralanıb.
