Ermənistan Rusiya ilə münasibətlərinə yalnız iqtisadi deyil, həm də siyasi baxımdan alternativ axtarır.
Ucnoqta.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan bunu brifinq zamanı Rusiya ilə münasibətlərdəki böhranın siyasi komponenti ilə bağlı suala cavab olaraq bildirib.
“Ermənistan alternativlərə sahib olmaq qərarına gəlib. Bundan əvvəl onun alternativləri, o cümlədən siyasi baxımdan heç biri yox idi. Problem budur: Ermənistan Çin, ABŞ, Böyük Britaniya, Hollandiya, Fransa və digər ölkələrlə strateji münasibətlər haqqında sənədlər imzalayıb. Bundan əvvəl Ermənistan bu qədər ölkə ilə strateji münasibətlərə malik ola bilməzdi”, – deyə o bildirib.
Paşinyan qeyd edir ki, Moskva Yerevandan “eksklüzivlik” gözləyir. “Biz bu yanaşmanı qəbul etmirik. Biz deyirik ki, münasibətlər eksklüziv deyil, amma mövcud olmalıdır”, – deyə baş nazir bildirib.
