41
Hindistanın şimal-şərqindəki Assam əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 78-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ştatın fəlakətlərin idarə olunması departamenti jurnalistlərə bildirib.
Departamentə görə, fəlakət zonasında 300 mindən çox sakin qalıb. 551 kənd su altında qalıb. Ən pis vəziyyət 137 mindən çox insanın zərər çəkdiyi Çaraideo rayonunda davam edir.
Daşqınlar yollara, evlərə, məktəblərə və digər infrastruktura ziyan vurub. Hakimiyyət orqanları fəlakət nəticəsində 11 mindən çox heyvanın tələf olduğunu bildirir.
