26
Prezidentin Afrika və Ərəb Məsələləri üzrə baş müşaviri Massad Bulos Liviyanın Milli Razılıq Hökumətinin Baş naziri Əbdül Həmid Dbeyba ilə danışıqlar aparıb.
Ucnoqta.az xəbər verir ki, Bulos bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Bildirilir ki, Tripoli ilə ABŞ arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, eləcə də ölkənin birləşməsi istiqamətində atılacaq addımları müzakirə edilib.
O, əlavə edib ki, ABŞ Liviyanın ərazi bütövlüyünü və siyasi birliyini bərpa etmək səylərini davam etdirəcək.
