45
Fransada kütləvi meşə yanğınları ilə mübarizə apararkən təxminən 90 təcili yardım xidməti əməkdaşı xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, Jironda departamentində 84 yanğınsöndürən, bir neçə gündür yanğınsöndürmə işlərinin davam etdiyi Hautes-Alpes departamentində isə beş yanğınsöndürən xəsarət alıb.
BFMTV qeyd edir ki, ölkənin cənub-qərbindəki vəziyyət son dərəcə ciddi olaraq qalır. Jironda departamenti prefekturasından alınan son məlumatlara görə, yanğın 42.000 hektar ərazini əhatə edib.
Ölkə tarixindəki ən böyük yanğını söndürmək üçün departamentə İsveçrədən də daxil olmaqla 2500 yanğınsöndürmə və xilasetmə heyəti gəlib. Onlara 1500 Fransa hərbçisi və 1200 polis əməkdaşı kömək edir.
