25
Serbiyada növbədənkənar parlament seçkiləri payızda, oktyabr və ya noyabrda, prezident seçkiləri isə bir az sonra keçiriləcək.
Ucnoqta.az bildirir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç bunu Belqradda Çexiya Baş naziri Andrey Babişlə görüşdükdən sonra açıqlayıb.
“Onların oktyabr və ya noyabrda keçirilməsini gözləməliyik, yəni sentyabr və ya oktyabrın əvvəlində keçiriləcək. Mən artıq demişəm ki, seçkilər 2026-cı ilin sonuna qədər keçiriləcək. Mən sözümə əməl edəcəyəm və indi xalqın öz iradəsini ifadə etməsi lazımdır. Parlament seçkiləri mütləq ilin sonuna qədər, prezident seçkiləri isə bir az sonra keçiriləcək”, – Vuçiç qeyd edib.
