Finlandiya Rusiya ilə sərhədində 200 kilometrlik sərhəd maneəsinin tikintisini başa çatdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiyanın Sərhəd Mühafizəsi Xidməti məlumat yayıb.
2024-cü ildə başlayan layihənin ümumi dəyəri 365 milyon avro təşkil edib. İki il ərzində hündürlüyü 4,5 metr olan və 200 kilometr uzanan hasar, sərhəd yolları, eləcə də müşahidə sistemləri quraşdırılıb.
Tikinti işlərinə Finlandiyanın yüzlərlə şirkəti cəlb olunub. Tikinti sahələrində gündəlik olaraq 600-ə qədər işçi və 165 texnika çalışıb.
Finlandiya Sərhəd Mühafizəsi Xidmətinin rəhbəri Markku Hassinen bildirib ki, hasar sərhəd müşahidəsinin səmərəliliyini artırmağa, vəziyyət barədə məlumatlılığı yüksəltməyə və patrulların hərəkət imkanlarını genişləndirməyə kömək edir.
