İraqda hüquq-mühafizə orqanlarının korrupsiya və dövlət vəsaitlərinin xaricə köçürülməsi ilə bağlı apardığı araşdırmalar zamanı yüksək vəzifəli məmurlar, parlament üzvləri və tanınmış iş adamlarının iştirakı ilə 40 qızıl külçə və çoxsaylı qızıl zinət əşyaları müsadirə edilib.
Ucnoqta.az xəbər evrir ki, bu məlumatı Ərəb Respublikası Ali Məhkəmə Şurasının nümayəndəsi Diya Cəfər bildirib.
“Neft nazirinin müavini Ədnan əl-Cumailinin əsas şübhəli olduğu işdə hər biri 1 kq ağırlığında 40 qızıl külçə və təxminən 5 kq qızıl zinət əşyaları müsadirə edilib”, – deyə Cəfər “Baghdad Today” xəbər portalına istinadən bildirib.
O, əlavə edib ki, 13 milyard İraq dinarı (təxminən 9,9 milyon dollar) və 400.000 dollar nağd pul müsadirə edilib. Cəfər müsadirə edilən nağd pulun, eləcə də qızıl külçələrin və zinət əşyalarının təqsirləndirilən şəxslər tərəfindən Səlahəddin əyalətindəki bir neçə gizli yerdə gizlədildiyini bildirib.
