37
ICE birjasında Brent markalı neftin qiyməti 11 iyundan bəri ilk dəfə bir barel üçün 94 dollardan yuxarı qalxıb.
Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə, Londonun ICE birjasında sentyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti bu ilin 11 iyunundan bəri ilk dəfə bir barel üçün 94,61 dollara (3,96% artım) satılıb.
Bu arada, avqust ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 3,97% artaraq bir barel üçün 87,69 dollara çatıb.
