28
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İranın elit hərbi bölməsi) Küveytdəki Əli əl-Salem hava bazasında və Bubiyan adasında radar sistemlərinin məhv edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Tasnim xəbər agentliyi İİKK-ə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Nəsr-2 əməliyyatının 24-cü dalğası və ərazidəki radar sistemlərinin təmizlənməsi zamanı İİKK qırıcıları erkən xəbərdarlıq radarına, Əli əl-Salem hava bazası yaxınlığındakı taktiki radar kompleksinə və Küveytin Bubiyan adasında başqa bir radar sisteminə zərbə endirərək onları məhv edib və sıradan çıxarıb.
Küveyt hakimiyyəti hələlik əmirlikdəki hədəflərə zərbələr endirilməsi barədə məlumatları təsdiqləməyib.
