28
Mixaylo Fedorovun müdafiə naziri vəzifəsindən istefası ilə bağlı Ukrayna şəhərlərində keçirilən etirazlar fonunda Volodimir Zelenski ona yeni hökumət vəzifəsi təklif etdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Zelenski özünün Telegram kanalında paylaşdığı video mesajda bildirib.
“Bu gün Mixaylo Fedorovla görüşüm oldu. Mixayloya dövlətimizin texnoloji komponentini birləşdirməyə və onun inkişafını təmin etməyə imkan verəcək hörmətli bir hökumət vəzifəsi təklif etdim”, – deyə prezident bildirib.
Zelenski Fedorovun qəbul edib-etmədiyini dəqiqləşdirməyib.
