94
Türkiyədə Bitlisin Tatvan rayonunda 3 yaşlı Mihrimah Uguryurt evdə saat batareyası udub.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azyaşlı ailəsi tərəfindən xəstəxanaya aparılıb.
Op. Dr. Hüseyn Bilgi tərəfindən təcili endoskopiya edilən uşağın qida borusuna ilişmiş saat batareyası çıxarılıb. Müayinə zamanı batareyanın qida borusuna zərər verdiyi, lakin heç bir perforasiyanın baş vermədiyi məlum olub. İki gün xəstəxanada müşahidə altında saxlanılan uşaq sağlamlığı yaxşılaşdıqdan sonra təkrar müayinə üçün tövsiyə ilə evə buraxılıb.
Həkim jurnalistlərə saat batareyalarının udulmasının digər yad cisimlərdən daha ciddi risk yaratdığını bildirib və həyati təhlükə yarada biləcəyini qeyd edib.
