29
Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklifi təqdim ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə 20 iyulda Axios mənbələrə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, Qətər, Misir, Pakistan və digər regional vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklifi təqdim ediblər.
Nəşr qeyd edib ki, Tramp administrasiyası “təklifi araşdırır və İsraili diplomatik fürsət pəncərəsini bağlayacaq addımlardan çəkinməyə çağırıb.
Axios qeyd edir ki, yeni təklif, atəşkəsə əlavə olaraq, Hörmüz boğazında gəmiçiliyin bərpasını tələb edir və Vaşinqton və Tehrana pozulan anlaşma memorandumunu xilas etmək üçün imkan vermək məqsədi daşıyır.Nəşr qeyd edir ki, bu günə qədər heç bir tərəf vasitəçilərin təklifini qəbul etməyib.
