42
Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad əl-Əlimi neft ixracının bərpa olunduğunu elan etdi və Ənsar Allah hərəkatının husi üsyançılarına qarşı mübarizədə birliyə çağırıb.
Ucnoqta.az xəbər verir ki, onun fikirlərini Əl-Ərəbiyyə yayıb.
O, karbohidrogen satışından əldə edilən gəlirlərin Yəmən xalqına xidmət etmək üçün istifadə olunacağını vurğulayıb.
Əl-Əlimi qeyd edib ki, hakimiyyət husilərin ölkənin neft obyektlərinə hücumlarına baxmayaraq maksimum təmkin göstərməyə çalışıb.
