Son sutkada Rusiya ordusunun 1160 hərbçisi həlak olub və ya yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrrayna Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, müharibənin əvvəlindən Rusiya SQ-nin ümumi itkiləri 606 490 nəfərə, 8 542 tanka və digər texnikaya çatıb.
24.02.22-dən 24.08.24-dək olan dövr ərzində Rusiya ordusunun təxmini döyüş itkiləri:
– Şəxsi heyət: 606490 (+1160).
– Tanklar: 8542 (+9).
– Zirehli döyüş maşınları: 16620 (+21).
– Artilleriya sistemləri: 17349 (+42).
– RSZV: 1169 (+2).
– Hava hücumundan müdafiə vasitələri: 935 (+3).
– Təyyarələr: 367.
– Helikopterlər: 328.
– Əməliyyat və taktiki səviyyəli PUA-lar: 14064 (+39).
– Gəmi raketləri: 2444 (+2).
– Gəmilər/qayıqlar: 28.
– Sualtı qayıqlar: 1.
– Avtomobil avadanlığı və yük maşınları: 23383 (+54).
– Xüsusi avadanlıq: 2911 (+1).
