4
Bariatrik cərrahiyyə zamanı yaranan ağırlaşmalar müğənni Elvis Preslinin qızı Liza Mari Preslinin ölümünə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, bu məlumatı Associated Press agentliyi yayıb.
Sənəddə qeyd olunur ki, Mari Preslinin ölümü onun bir neçə il əvvəl arıqlamaq üçün keçirdiyi əməliyyatın nəticəsi olan nazik bağırsağın tıxanması nəticəsində baş verib. Bir müddət sonra onun fəsadları yaranıb və müğənni mədəsində ağrılardan şikayətlənib.
Liza Mari Presli 2023-cü ilin yanvarında 54 yaşında vəfat edib. Onun ürək tutmasından sonra xəstəxanaya yerləşdirildiyi məlum olsa da, tibb işçilərinin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
